“Zirə” “Qarabağ”la oyuna 4 itki ilə çıxacaq
07.12.2018 , 10:31
Topaz Premyer Liqanın 14-cü turunda “Qarabağ”ı qəbul edəcək “Zirə” oyuna ciddi itkilərlə çıxacaq. Samir Abasov Ağdam klubu ilə görüşdə 4 aparıcı futbolçusunun xidmətindən yararlana bilməyəcək.
Bunlar yarımmüdafiəçilər Bilal Həmdi, Kamal Mirzəyev, İlkin Muradov və hücumçu Pərdis Fırcad-Azaddır. Futbolçuların hamısı cəzalı durumdadır.
Əlcəzairli Bilal Həmdi son turda “Qəbələ” ilə oyunda qırmızı vərəqə alıb. Digərləri isə sarı vərəqə limitini doldurdğu üçün ilin son oyununu buraxacaqlar.