big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Ölkə futbolu

Zaur Axundov: “Səhv məndədi, Maksimovu kubokdan dərhal sonra göndərməliydim”

28.07.2018 , 12:07

Azərbaycan Futzal Federasiyasının (AFF) prezidenti, AFFA-nın İcraiyyə Komitəsinin üzvü, “Keşlə”nin Müşahidə Şurasının sədri Zaur Axundov bu gün 45 yaşını qeyd edir. AFF-in mətbuat xidməti “futbol dili” ilə desək, bu gün birinci hissənin final fitini səsləndirəcək səbəbkarı həm təbrik edib, həm də bir qədər yaxından tanıtmağa çalışıb.

 

– Deyəsən, hələ də Avropa Liqasındakı yenilginin şokundan ayılmamısız?

– “Baltsan”ı keçə bilərdik, keçməliydik də. Cütün taleyinin səfərdəki məğlubiyyətlə həll olunmasına baxmayaraq, Bakıda istəyimizə yaxın idik. Amma vaxt qalmamışdı. Səhv məndədi, Maksimovu kubokdan dərhal sonra göndərməliydim, daha doğrusu, yeni müqavilə bağlamamalıydım. Amma futboldu, belə hallar qaçılmazdı. Açığı, şokdan hələ ayılmamışam.

 

– Sabah (bu gün) neçənci qədəhdən sonra tam ayılmaq olar? 

– (gülür) Ad günümü nəzərdə tutursuzsa, o ayrıdı. Uğursuzluğu isə çempion olandan sonra ayrıca qeyd etmək olar.

 

– Ad gününüzü adətən, necə qeyd edirsiz?

– Dəyişilməz dostlarım var, hansı ki, 20-25 ilin ayrılmaz dostlarıyıq. Adətən ad günlərində bir yerə yığışırıq. Hər dəfə 5-10 nəfər yığışıb qeyd edirik. Həm də təkcə ad günündən-ad gününə yox, tez-tez yığışırıq.

 

– Bəs ümumiyyətlə necə, istirahət günləri ilə bağlı xüsusi adətiniz, vərdişiniz var? Məsələn, daim eyni məkanda yeyib-içmək kimi. 

– Demək olar, bütün şənbə və bazar günləri yaxınlarla bir araya gəlirik. 45 yaşımın tamam olması həftəsonuna təsadüf edir, yenə yığışıb vaxt keçirəcəyik, adını da qoyacağıq ad günü. Çox sevirəm ki, istirahət günləri dostlarla görüşək, 2-3 saat bir yerdə olaq. Həftəiçi iş qrafikinə görə mümkün olmur, yoxsa bir yerdə daha çox vaxt keçirərdik. Çox vaxt eyni məkana üz tuturuq, ancaq yayda dəniz kənarına gedirik. Çay içirik, nərd oynayırıq.

 

– Hədiyyə almağı xoşlayırsız? 

– Kiməsə hədiyyə bağışlamağı daha çox xoşlayıram.

 

– Sizin üçün ən qiymətli hədiyyə hansı olub? 

– İstəyirsiz ad günüm ərəfəsində xoşladığım hədiyyənin adını çəkim ki, yaxınlarım oxuyub mənə onu alsınlar? (gülür). İnanın səmimiyyətimə, illərin sınağından çıxmış dostlarla vaxt keçirmək nəyə desən dəyər.

 

– Geriyə boylanan zaman darıxdığınız məqamlar olurmu?

– Hərdən məktəb illəri üçün darıxıram. Dostlarımın arasında məktəb yoldaşlarım da var, hər dəfə yığışanda o gözəl günlərin xatirələrini yada salırıq. Düzdü, məktəb illərimizin sonu keçid dövrünə düşdü, müəyyən proseslər baş verdi ki, hamımız o çətinlikləri yaşamalı olduq. Şükürlər olsun, 1994-cü ildən etibarən hər şey yoluna düşdü, dövlətçiliyimiz möhkəmləndi, ölkəmizin iqtisadi qüdrəti artdı, inkişaf səviyyəsi yüksəldi. Biz də çalışırıq ki, ölkəmizə faydalı olaq, bacardığımız qədər xidmət edək, məşğul olduğumuz sahəni inkişaf etdirək.

 

– Hansı ad gününüz daha yaddaqalan olub? 

– 20 illik yubileyim. Onda başıma daha çox dost-tanış toplaşmışdı. Cavan vaxtlarım idi. Yadımdadı, 70-80 nəfərlik məclis idi. Təbii ki, hər yaş dövrünün öz gözəlliyi var.

 

– Yaş üstə yaş gələndə adam ikili hisslər keçirir. Bir yandan insan kamilləşir, digər tərəfdən, kədərlənir ki, ömür qısalır.

– Mən onu fikirləşmirəm. Allahın verdiyi ömürdü. Təbiətin qanununa soyuqqanlı yanaşıram. Açığı, illərin necə tez keçdiyini hiss etməmişəm, gözümü yumub açınca 45-ə çatmışam.

 

– İllər Zaur Axundovda nəyi dəyişə bilməyib? 

– Özümdən tez çıxmağımı. Çılğınlığım azalmayıb. Xüsusilə futzalda özümü ələ ala bilmirəm. Yəqin fevraldakı olayı xatırlayırsız, Rikardinyo ilə aramda xoşagəlməz münaqişə yaşandı. Yadıma düşəndə utanıram. Əslində, mən hadisə yerinə Rikardinyo ilə futzalçımızı ayırmaq üçün yaxınlaşdım. Həmin anda o, yığma üzvümüzün ünvanına nalayiq ifadə işlətdi, dözə bilmədim. Amma istənilən halda, mən səbrimi cilovlamalı, ona qarşı elə davranmamalıydım. Bildiyimə görə, UEFA məni 3 oyunluq cəzalandırıb.

 

– Görünüşcə sərt birinə oxşayırsız. Ailədə də beləsiz? 

– Eynilə. Sərt təsir bağışlamağım qayda-qanun sevməyimdən irəli gəlir. Mənim üçün intizam ən vacib məqamdı. İstər işdə, istərsə də ailədə.

 

– Bilirik ki, idmançı ailəsində böyümüsüz, özünüz də bu yolu seçmisiz. Bəs övladlarınızın necə, bu ənənəni davam etdirməsini istəyərsiz? 

– Üç övlad atasıyam. İkisi qızdı, onlar böyükdü. Birinin 16, o birinin 14 yaşı var. Onlar öz yollarını seçiblər. İncə sənətə – rəssamlığa və musiqiyə meyl ediblər. Oğlum isə balacadı, bu yaxınlarda 7 yaşını qeyd elədik. Balacam artıq 2 ildi futbolla məşğul olur. Hansı komandaya getdiyini deməyəcəm (gülür). Həvəsi böyükdü, bütün futbolçuların adlarını əzbər bilir. “Keşlə”nin oyunlarına da baxır. “Baltsan”a uduzandan sonra çox pis olmuşdu, gecə heç kimi danışdırmadı. Eyni zamanda, mənim kimi o da “Real” azarkeşidi. Açığı, əvvəl “Barselona”ya azarkeşlik edirdi, mən təsir etdim ona. 7-8 aydı “Real”lıdı. Bir sözlə, gözümün qabağında bir futbolçu böyüyür.

 

– Yeri gəlmişkən, Ronaldosuz “Real” necə görünür? 

– Açığı, Zidandan çox, Ronaldonun gedişinə üzüldüm. Onsuz “Real”a çətin olacaq. Çünki Kriştiano “lokomotiv” idi, əksər azarkeşlər Madrid komandasına ona görə azarkeşlik edirdi. Ronaldo bir növ klubun simvoluna çevrilmişdi. Sıralarımız seyrələ bilər.

 

– İşin yorğunluğunu necə çıxarırsız? 

– Musiqiyə qulaq asıram. Muğamlara – Arif Babayevə, Alim Qasımova qulaq asıram. Klassik musiqilərimizin yeri tam başqadı. Həm şəxsi, həm də xidməti maşınımda, eləcə də otağımda disklər var, hamısı da öz musiqilərimizdi. Azərbaycan musiqisi çox zəngindi və bir incidi.

 

– Sizcə, rəhbərlik etdiyiniz klublarda oynayan futzalçı-futbolçular sizi daha çox sevirlər, yoxsa əksinə? 

– Bu suala onların əvəzinə cavab verə bilmərəm axı. Gizlətmirəm, “Keşlə”nin paltardəyişmə otağına tez-tez baş çəkirəm. Futbolçuların bundan xoşlanmadığından əmin olsam, getmərəm. Amma bu onlara xoş gəlir. Görünür, psixoloji təsir etmişəm, motivasiyalarına təsir göstərmişəm ki, isinmə hərəkətlərinin ardından o 5-10 dəqiqəlik fasilədə məni gözləyirlər. Bu, qarşılıqlı inamdan, sevgidən irəli gəlir. Futzalçılara gəlincə, 2004-dən “Araz”a, 2008-dən federasiyaya rəhbərlik edirəm. Dəfələrlə mənə deyiblər ki, texniki zonada əyləşim, onları ruhlandırım. Bir növ “çığır-bağır salmaq” funksiyasını yerinə yetirirəm. Effekt verir, arxayınlaşmırlar.

Son yazılar

To Top