Dünya Futbolu

“Yuventus” Remzi ilə müqavilə imzaladı

12.02.2019 , 10:20

“Yuventus” “Arsenal”ın futbolçusu Aaron Remzinin transferini rəsmən açıqlayıb. Uelsi yarımmüdafiəçi ilə müqavilə imzalanıb. Sözləşmənin müddəti və detalları haqda məlumat verilməyib.

Remzi bu il iyulun 1-də – “Arsenal”la müqaviləsi başa çatdıqdan sonra Turin klubunun futbolçusu olacaq.

Qeyd edək ki, 2008-ci ildən London klubunda çıxış edən 28 yaşlı futbolçu bu mövsüm Premyer Liqada 22 oyuna 2 qol vurub, 6 məhsuldar ötürmə edib.

Son yazılar

Yuxarı