Futbol

Yunanlar yazır: Araz bu gün “Panionios”la müqavilə bağlayacaq

06.07.2018 , 12:33

“Qəbələ”nin yarımmüdafiəçisi Araz Abdullayevin “Panionios”a gözlənilən keçidi bu gün rəsmiləşəcək.

Bu barədə Yunanıstan mətbuatı xəbər yayıb. Milli komandamızın da şərəfini qoruyan futbolçunun artıq bu ölkədə olduğu və bu gün tibbi müayinədən keçəcəyi bildirilib. Onunla gün ərzində rəsmi müqavilə imzalanacağı iddia olunur.

Qeyd edək ki, ötən mövsümü icarə əsasında Kiprin “Anortosis” klubunda keçirən A. Abdullayev 2011-ci ilin dekabrından 2012-ci ilin fevralına qədər “Panionios”un formasını geyinib və bu komandanın heyətində 8 oyun keçirib.

Facebook Şərhləri

Son yazılar

Yuxarı