Futbol

Yığmamızın məşqçisi püşkü dəyərləndirdi

06.12.2018 , 16:37

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Vüqar Məmməd Avropa çempionatının elit-raund mərhələsinin püşkünü dəyərləndirib.

O, püşkatmanın nəticələrindən razı olduğunu deyib:

“İrlandiya, Rusiya və Rumıniya kimi komandalara qarşı oynayacağıq. Bu mərhələyə daha ciddi hazırlaşmalıyıq. Elit-raundda Avropanın ən yaxşı komandaları mübarizə aparır. Burada zəif komanda yoxdur. Demək olar, komandaların hər biri səviyyə baxımından bir-birinə yaxındır. Artıq püşkatmaya qədər potensial rəqiblərimizin hamısının son rəsmi oyunlarını izləmişdik. Ona görə də rəqibləri tanıyırıq və nəyə qadir olduqlarını bilirik”.

Son yazılar

Yuxarı