Ölkə Kuboku

“Neftçi” uduzdu, “Zirə” qalib gəldi

15.12.2018 , 21:05

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinə start verilib.

Ilk oyun günündə iki görüş keçirilib.

“Zirə” öz meydanında “Səbail”i qəbul edib və minimal hesabla qalib gəlib – 1:0. Günün digər oyununda isə Topaz Premyer Liqanın lideri “Neftçi” doğma meydanda “Sumqayıt”la qarşılaşıb və 0:2 hesabı ilə uduzub.

Mərhələnin ilk oyunlarına sabah keçiriləcək iki görüşlə yekun vurulacaq.

Qeyd edək ki, komandalar arasında cavab matçı dekabrın 19-da və 20-də oynanılacaq.

15 dekabr (şənbə)

Azərbaycan kuboku

1/4 final, ilk oyunlar

19:00. “Neftçi” – “Sumqayıt” – 0:2
Qollar:Əli Babayev, 28-pen, Şəhriyar Əliyev,45+4
Qırmızı vərəqə: Anton Krivotsyuk, 88 (“Neftçi”)
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Səbuhi Bayramov
Bakcell Arena.

17:00. “Zirə” – “Səbail” – 1:0
Qol: İlkin Muradov, 45
Reallaşdırılmayan penalti: Mirsahib Abbasov, 79 (“Zirə”) – qapıçı
Qırmızı vərəqə: Tome Kitanovski, 33 (“Səbail”)
Hakimlər: Alik Yunusov, Mübariz Haşımov, Rahil Ramazanov, Kamal Umudlu
Dalğa Arena.

16 dekabr (bazar)

14:00. “Qəbələ” – “Sabah”
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Cəmil Quliyev, İnqilab Məmmədov
Qəbələ şəhər stadionu

19:00. “Qarabağ” – “Keşlə”
Hakimlər: Vüqar Həsənli, Namiq Hüseynov, Elşad Abdullayev, Rəşad Əhmədov
Tofiq Bəhramov adına Respublika Stadionu

Son yazılar

Yuxarı