Futbol

Xames “Real”a qayıdır

12.02.2019 , 20:42

“Bavariya”da icarə əsasında çıxış edən Xames Rodriges “Real”a qayıtmaq istəyir.

Münhen klubunun bu ilin iyun ayında 27 yaşlı yarımmüdafiəçini birdəfəlik almaq hüququ olsa da, o, komandada qalmaq istəmədiyini bildirib.

Kolumbiyalı futbolçu “Arsenal”ın təklifini də “Real”a qayıtmaq istəyi üçün rədd edib.

Qeyd edək ki, 2017-ci ildən “Bavariya”da çıxış edən X.Rodriges bu mövsüm Bundesliqada 12 oyuna 3 qol vurub, 2 məhsuldar ötürmə edib.

Son yazılar

Yuxarı