Avropa liqası

“Vorskla” “Qarabağ” üzərində 1:0 hesablı qələbə qazanacaq”

08.11.2018 , 13:50

“Bakıdakı oyunda qazanılan qələbə komandanı ruhlandırdı və əhval ruhiyyəni yaxşılaşdırdı. Artıq turnirin növbəti mərhələsinə vəsiqə verən ilk 2 yerdən birini tutmağa ümid var”. Futbol11.az xəbər verir ki, bu sözləri Ukraynanın “Vorskla” klubunun sabiq futbolçusu Valentin Platanov deyib.

Poltava təmsilçisinin bu gün Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda “Qarabağ”la keçirəcəyi oyuna proqnoz verən vetaran futbolçu həmyerlilərinin minimal hesabla qalib gələcəyini düşünür: “Bu gün cavab oyunu var və 3 həftə əvvəlki uğuru təkrarlamaq lazımdır. Baxmayaraq ki, növbəti 3 xal komandamıza asan başa gəlməyəcək.  “Vorskla”nın qalib gələcəyinə inamım var. Hesab komandamızın 1:0 hesablı qələbəsi ilə başa çatacaq”.

Qeyd edək ki, “Vorskla” – “Qarabağ” oyunu Bakı vaxtı ilə 00:00-da start götürəcək.

Son yazılar

Yuxarı