Yaponiyanın “Toyota” klubunda çıxış edən Azərbaycan
milli komandasının voleybolçusu Polina Rəhimova iki mükafata layiq görülüb.
Korner.az-ın məlumatına görə, bu haqda goal.az saytı xəbər
yayıb
27 yaşlı qadın idmançı Yaponiya çempionatının əsas mərhələsinin
yekununda ən yaxşı bombardir və topu oyuna daxil edən oyunçu sayılıb.
O, “6-lıq” mərhələsinin “Hisamitsu” ilə
ilk tur matçından əvvəl mükafatlarını alıb. P.Rəhimova məhsuldarlığını bu
görüşdə də davam etdirib. Təcrübəli voleybolçu komandasının 3:2 hesabı ilə
qalib gəldiyi görüşdə 41 xal toplayıb.