İngiltərə Premyer Liqasında mübarizə aparan “Vest Hem” klubunun Türkiyə millisinin futbolçusu ilə maraqlandığı iddia edilir.
Korner.az-ın məlumatına görə, İngiltərə təmsilçisi “Fənərbağça”nın şərəfini qoruyan Hasan Ali Kaldırımı heyətinə qatmaq istəyir.
İddialara görə, “Vest Hem” klubu futbolçunun meneceri ilə danışıqlar aparır.