"Qarabağ"da itki - "Qəbələ" ilə oyunu buraxacaq

"Qarabağ"da itki - "Qəbələ" ilə oyunu buraxacaq

33 Oxunma

Topaz Premyer Liqada mövsümün son oyununda - 28-ci turda  "Qəbələ" ilə qarşılaşacaq "Qarabağ" matça itki ilə çıxacaq.

Komandanın yarımmüdafiəçisi Donald Gerye bu görüşdə iştirak etməyəcək.

Haitili futbolçu son turda "Keşlə" ilə oyunda mövsümdə 4-cü sarı vərəqəsini alaraq cəzalı duruma düşüb.

Qeyd edək ki, "Qəbələ" - "Qarabağ" oyunu mayın 21-də keçiriləcək.



Köşə yazıları