"İnter" ÇL-ya düşsə, Gündoğanı transfer edəcək

"İnter" ÇL-ya düşsə, Gündoğanı transfer edəcək

127 Oxunma

İtaliyanın "İnter" komandasını heyətini gücləndirmək niyyətindədi. Milanlılar növbəti mövsüm Çempionlar Liqası üçün vəsiqəni təmin etsə, ciddi transfet addımları atacaq. 

Bu addımlardan biri "Mançester Siti"də forma geyinən İlkay Gündoğandı. İtalyanlar türk əsilli alman futbolçunu transfer etmək üçün lazım olan məbləği təklif etməyi düşünür. Lakin komanda İtaliya A Seriyasında ilk 4 pilləddə yer tutmasa, İlkay üçün görülən işlər təxirə salınacaq.

"İnter"in Çempionlar Liqasına düşməsi üçün növbəti turda "Latsio" ilə oyunda mütləq qalib gəlməsi lazımdı.



Köşə yazıları