Fatih Terim 8 futbolçunun komandadan göndərilməsini istəyib

Fatih Terim 8 futbolçunun komandadan göndərilməsini istəyib

32 Oxunma

"Qalatasaray" heyətində ciddi dəyişikliklər edəcək. Baş məşqçi Fatih Terim 8 futbolçunun komandadan göndərilməsini istəyib. 

Məlumata görə, "İmperator" Tolqa Ciğerci, Yasin Öztekin, Ahmet Çalık, Sedrik Karrasso, İasmin Latovleviçi, Hakan Balta, Koray Günter və Tarık Çamdalı gələn mövsüm komandada görmək istəmir.

Əvəzində Fatih Terim 3 futbolçunun komandada saxlanılmasını istəyir. Müqaviləsi başa çatacaq Rayan Donkla yeni anlaşma imzalanmasını istəyən baş məşqçi Yuto Naqatomonun transfer hüququnun "İnter"dən alınmasına qərar verib. "Mançester Siti"dən icarəyə götürülən Yanson Denayer də yenidən icarəyə götürüləcək.



Köşə yazıları