"Liverpul" Donnarumaya görə 68 milyon avro təklif edəcək

"Liverpul" Donnarumaya görə 68 milyon avro təklif edəcək

182 Oxunma

"Milan"ın qapıçısı Canluici Donnaruma növbəti mövsüm karyerasını İngiltərədə davam etdirə bilər. Bu barədə Triballfootball nəşri məlumat yayıb.

Mənbədə deyilir ki, gənc qapıçı ilə "Liverpul" yaxından maraqlanır. Mersisaydlılar bu keçidin baş tutması üçün 68 milyon avro ödəməyə hazırdı. 19 yaşlı qapıçı da "Milan"dan ayrılmaq istəyir. Buna səbəb azarkeşlərin ona qarşı göstərdiyi pis münasibətdir.

Xatırladaq ki, Donnarumanın əvəzinə "Milan" klubu "Napoli"inin qapıçısı Pepe Reynanı transfer etməyi düşünür.



Köşə yazıları