AFFA aşağı liqa komandalarının baş məşqçilərini təhqirə görə cəzalandırıb

AFFA aşağı liqa komandalarının baş məşqçilərini təhqirə görə cəzalandırıb

25 Oxunma

AFFA İntizam Komitəsi futbol üzrə Azərbaycanın U-15 liqasında çıxış edən "Vətən" və "Zirə" komandalarının baş məşqçilərini cəzalandırıb. 

Buna iki komanda arasındakı görüşdə İlqar Əliyevlə Cəfər Hüseynovun davranışları səbəb olub. 

"Vətən"in baş məşqçisi İ.Əliyev qarşılaşmada təhqiredici ifadələr işlətdiyi üçün meydandan kənarlaşdırılıb. O, 3 oyunluq cəzaya məruz qalıb.

"Zirə"yə rəhbərlik edən C.Hüseynov isə görüşün hakimini təhqir etdiyinə görə meydandan qovulub. Ona isə 5 oyunluq cəza verilib. 




Köşə yazıları