Avroliqanın qalibi müəyyənləşir - Yenilənir

Avroliqanın qalibi müəyyənləşir - Yenilənir

16 Oxunma

Bu gün 2017/18 mövsümündə UEFA Avropa Liqasında qalibi müəyyənləşəcək

Finalda Madrid “Atletiko”su “Marsel”lə üz-üzə gələcək. Həlledici qarşılaşma Lionda keçiriləcək. 

“Atletiko” üçüncü dəfə Avroliqada final həyəcanı yaşayacaq. İspaniya təmsilçisi 2009/2010 və 2011/12 mövsümündə qitənin ikinci dərəcəli klub turnirinin qalibi olub.

“Marsel” isə Avroliqa hələ UEFA Kuboku adlandığı zaman iki dəfə finalda meydana çıxıb. Amma 1999-cü ildə, həm də 2004-cü ildə Fransa klubu kuboka həsrət qalıb.

UEFA Avropa Liqası
Final
16 may

22:45. “Marsel” (Fransa) - “Atletiko” (İspaniya)
Baş hakim: Byörn Kuypers (Hollandiya)
Lion, “Park Olimpik Lion”



Köşə yazıları