RƏSMİ: Riçard Almeyda "Qarabağ"dan ayrılır

RƏSMİ: Riçard Almeyda "Qarabağ"dan ayrılır

852 Oxunma

Premyer Liqada ardıcıl 5-ci dəfə çempion olan "Qarabağ" ölkəmizi Çempionlar Liqasında təmsil edəcək.

Ağdam klubundan ayrılacaq futbolçular müəyyənləşir. "Atlılar"ı komandanın aparıcı üzvü hesab edilən Riçard Almeyda tərk edəcək. Millimizin Braziliya əsilli yarımmüdafiəçisi "Qarabağ"la başa çatacaq müqaviləsini uzatmayacaq. Bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov verib. Mütəxəssis bildirib ki, Almeydanın yaxşı təklifləri var və qalmaq ehtimalı azdır.

29 yaşlı futbolçu 2012-ci ildən "Qarabağ"da top qovur.

Almeyda bu mövsüm Topaz Premyer Liqasında 22 oyuna (1659 dəqiqə) 5 qol vurub. 




Köşə yazıları