Topaz Premyer Liqada komanda sayı artırılmır

Topaz Premyer Liqada komanda sayı artırılmır

219 Oxunma

Topaz Premyer Liqada növbəti mövsümdə komanda sayı artırılmayacaq.

Bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov qurumun İcraiyyə Komitəsinin iclasından sonra təşkil etdiyi brifinqdə açıqlama verib. 

O, İcraiyyə Komitəsinin birinci divizion təmsilçilərindən ancaq "Sabah"ın sənədlərini məqbul saydığını deyib: "Lakin bu komandanın Premyer Liqada sonuncu yeri tutan "Kəpəz"i əvəzləyib-əvəzləməyəcəyinə AFFA-nın Lisenziyalaşdırma Qrupu qərar verəcək. Bu isə sabahkı iclasda bəlli olacaq".

Xatırladaq ki, birinci divizionun qalibi "Xəzər" olub. Lakin görünən odur ki, əvvəlki illərdə olduğu kimi, yenə birinci divizionun çempionu Premyer Liqaya buraxılmayacaq.



Köşə yazıları