Güləşçimizə haqsızlıq etmiş hakimlər cəzalandırıldı

Güləşçimizə haqsızlıq etmiş hakimlər cəzalandırıldı

254 Oxunma

Rusiyanın Kaspiysk şəhərində keçirilən güləş üzrə Avropa çempionatında dünən azərbaycanlı idmançıya qarşı haqsızlıq etmiş hakimlər cəzalandırılıb. Azərbaycan Güləş Federasiyasının rəhbərliyi bununla bağlı Dünya Güləş Birliyinə şikayət edəndən sonra hakimlərə cəza verilib.

87 kq çəki dərəcəsində mübarizə aparan İslam Abbasovun Rusiya güləşçisi Bəyxan Ozdoyevlə görüşündə hakimlər idmançımıza qarşı haqsızlıq edib. Milliyyətcə inquş olan idmançı İslamın trikosundan tutsa da, qayda pozuntusu qeydə alınmayıb. Qaydalara görə, belə olan halda rəqibə xəbərdarlıq verilməli və azərbaycanlı idmançının aktivinə iki xal yazılmalıdı. Yunan-roma güləşi yığmamızın məşqçisi Nurəddin Rəcəbov etiraz etsə də, hakimlər bu qayda pozuntusunu qeydə almayıb və əksinə, daha bir xalı yerli idmançıya verib. Nəticədə güləşçimiz 3:4 hesabı ilə uduzaraq finala çıxa bilməyib.

Bu gün isə məlum olub ki, həmin görüşün üç hakimi - Stevo Petroviç (Finlandiya), Ralf Şnayder (Almaniya) və İqor Brel (Belarus) cəza olaraq bir günlük yarışdan kənarlaşdırılıb.



Köşə yazıları