Dünyanın ən yaxşısı olmuş oyunçu komandasız qaldı

Dünyanın ən yaxşısı olmuş oyunçu komandasız qaldı

96 Oxunma

2010/11-ci il mövsümündə "Çikaqo Bullz"un heyətində NBA-nın ən dəyərli oyunçusu (MVP) olmuş Derrik Rouz hazırda azad agentdir. ESPN nəşri basketbolçunun klubsuz olmasına rəğmən heç bir təklif almadığını bildirir.

Mövsümün əvvəlində "Nyu-York Niks" komandasından "Klivlend Kavalyers"ə keçən oyunçu üçlü mübadilədən (trade) sonra "Yuta Cazz" klubuna keçib. Lakin "Yuta" Derrikdən imtina edib. Azad agent olan dünyanın ən gənc MVP-si ilə "Minesota Timberuolvz" və "Vaşinqton Uizards" komandası maraqlanırdı. Lakin onlar da son olaraq Rouzdan imtina edib

Rouz bu mövsüm 9.8 xal, 1,8 ribaund və 1.6 assist ortalaması ilə oynayıb.



Köşə yazıları