Kəllə sümüyü sınan futbolçu 26 yaşında karyerasını başa vurdu

Kəllə sümüyü sınan futbolçu 26 yaşında karyerasını başa vurdu

475 Oxunma

İngiltərənin "Hall Siti" klubunun futbolçusu Rayan Meyson karyerasını başa vurduğunu açıqlayıb. Bu barədə oyunçunun özü məlumat verib.

Ötən ilin yanvarında "Çelsi" ilə matçda toqquşan Rayan Meyson ölümcül xəsarət almışdı. Sözügedən matçda Meyson "zadəganlar"ın müdafiəçisi Qarri Keyhillə toqquşmuşdu. Kəllə sümüyündə sınıq aşkarlanan 26 yaşlı oyunçu karyerasını bərpa etməkdən çox həyatda qalmaq mübarizəsi aparırdı.

Gənc futbolçu həyatda qalmaq üçün əməliyyat olunub və beyindaxili qanaxmadan xilas olmaq üçün kəllə sümüyündə 14 metal plastin yerləşdirilib. Zədəsi haqda danışan futbolçu bunları deyib: "Çətin durum idi, yanımda olan hər kəsə təşəkkür edirəm. Rəsmən karyeramı bitirdiyimi açıqlayıram. Nə qədər çalışsam da, futbola dönə bilmədim".



Köşə yazıları