Avropa Liqası: Oyun sükutla başlayacaq

Avropa Liqası: Oyun sükutla başlayacaq

42 Oxunma

Avropa Liqasının 1/16 final mərhələsinin “Srvena Zvezda” (Serbiya) - ÇSKA (Rusiya) oyunu bir dəqiqəlik sükutla başlayacaq. Bu barədə Moskva klubu rəsmi “tvitter” səhifəsində məlumat yayıb.

Belə ki, bu yaxınlarda Rusiyada baş vermiş təyyarə qəzasında həyatını itirmiş şəxslər Belqradda keçiriləcək matçdan öncə bir dəqiqəlik sükutla yad olunacaq.

Xatırladaq ki, fevralın 11-də Moskvadan Orska yollanan AN-148 sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 71 nəfər dünyasını dəyişib.

“Srvena Zvezda” - ÇSKA oyunu bu gün saat 21:00-da start götürəcək.



Köşə yazıları