"Qarabağ"a şad xəbər: Miçelin zədəsi sağaldı

"Qarabağ"a şad xəbər: Miçelin zədəsi sağaldı

45 Oxunma

Topaz Premyer Liqasının 15-ci turunda "Qəbələ" ilə matçdan sonra istirahətə buraxılan "Qarabağ" bu gündən "Səbail"lə oyununun hazırlıqlarına start verib.

Ötən oyunu zədə səbəbindən buraxan Miçel zədəsini tam sağaldaraq komandayla çalışmalara başlayıb. Digər zədəli futbolçu Əfran İsmayılov isə fərdi məşqlərlə kifayətlənib.

Qeyd edək ki, "Səbail" - "Qarabağ" görüşü fevral 18-i saat 17:30-da başlayacaq.



Köşə yazıları