"Bundesliqada rəqabət yoxdu, Premyer Liqada isə..." - İlkay Gündoğan

"Bundesliqada rəqabət yoxdu, Premyer Liqada isə..." - İlkay Gündoğan

109 Oxunma

İngiltərənin "Mançester Siti" komandasının üzvü İlkay Gündoğan Premyer Liqa ilə Bundesliqanın fərqini açıqlayıb. Bu barədə o "Goal.com" nəşrinə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda Bundesliqada heç bir rəqabət yoxdu. İlkay Gündoğan bildirib ki, İngiltərə ilə Almaniya çempionatlarının əsas fərqi rəqabətdir: "Düşünürəm ki, hal-hazırda Bundesliqada heç bir rəqabət yoxdu. Orada komandalar qalib gəlmək əvəzinə səhv etməmək üçün meydana çıxırlar. Premyer Liqaya gəlincə, burada tam rəqabət var. İngiltərədə bir neçə komanda çempion ola bilər"

Xatırladaq ki, İlkay Gnüdoğan 2016-cı ildə Dortmund "Borussiya"sından "Mançester Siti"yə keçmişdi



Köşə yazıları