"Neftçi" seneqallı futbolçu ilə maraqlanır

"Neftçi" seneqallı futbolçu ilə maraqlanır

18 Oxunma

"Neftçi" heyətini seneqallı Hali Tiamla gücləndirə bilər. Bu barədə Rusiya mətbuatı məlumat yayıb. Belə ki, Moskva "Dinamo"su 24 yaşlı yarımmüdafiəçi ilə yolları ayırıb. Tiam müqavilə ilə məxsus olduğu Budapeştin MTK klubuna dönüb. Lakin Macarıstan təmsilçisi seneqallının xidmətində maraqlı deyil. Məlumata görə, Halini təmsilçimiz "Neftçi" transfer etmək istəyir.

Lakin Tiamın müqaviləsi mövcud olduğu üçün bu keçid reallaşa bilməz. Çünki Azərbaycanda transfer pəncərəsi fevralın 9-da bağlanıb. Bunun üçün futbolçu azad agent statusuna yiyələnməlidir. Məhz bundan sonra seneqallı yarımmüdafiəçi "ağ-qaralar"a keçə bilər.



Köşə yazıları