"Neftçi"də ciddi itki - Ən azı iki həftə...

"Neftçi"də ciddi itki - Ən azı iki həftə...

115 Oxunma

Topaz Premyer Liqanın XV turunun “Kəpəz”lə oyununda zədələnən Məhəmməd Mirzəbəyovun durumun aydınlıq gəlib. Bu barədə klubun mətbuat xidməti Korner.az-a açıqlamasında bildirib.

Sözügedən matçın  74-cü dəqiqəsində rəqib komandanın yarımmüdafiəçisi Dieqo Souza ilə mübarizədə burnu sınan müdafiəçi dünən əməliyyat olunub.

Klubun həkim heyəti Mirzəbəyovun ən azı iki həftə futbol oynaya bilməyəcəyini açıqlayıb. 



Köşə yazıları