"Şəxsi həyatıma qarışmağa heç kimin haqqı yoxdu" - Tərlan Əhmədov

"Şəxsi həyatıma qarışmağa heç kimin haqqı yoxdu" - Tərlan Əhmədov

101 Oxunma

Topaz Premyer Liqasında XV turun “Neftçi” – “Kəpəz” (1:0) oyunundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Tərlan Əhmədov jurnalistlırin suallarını cavablandırdı.

O, əvvəlcə matç barədə fikirlərini bildirdi...

- Məqsədimiz qələbə qazanmaq idi, buna da nail olduq. Bir neçə qol fürsətimiz olsa da, dəyərləndirə bilmədik. Ancaq futbolçuları göstərdikləri oyuna görə təbrik edirəm.

- Artıq neçənci dəfədi ki, Mirabdulla Abbasov oyuna sonradan çıxsa da, komandaya qələbə qazandırır. Onun start heyətində meydana çıxmamasına səbəb nədi?
- Bunu əvvəl də demişdim. Mirabdulla 20-25 dəqiqə mübarizə apara bilir. “Zirə” ilə oyunda da qol vurduqdan sonra meydanda görünmədi. Onun potensialı çox böyükdü. Ancaq 90 dəqiqə oynamağa hazır deyil. Sonradan meydana çıxanda isə komandaya xeyri dəyir. Bu gün də onu sonradan meydana buraxdım və komandaya qələbə qazandırdı. Ümumiyyətlə, bizim hücum xəttində ciddi problemlərimiz var.

- Aqil Məmmədov qışda komandaya cəlb edilsə də, qısa müddət sonra komandadan ayrıldı...
- Bu sualın cavabında onu deyə bilərəm ki, mən komandada heç kimə əsas heyətdə yer söz vermirəm.

- Qış fasiləsində bir çox tənqidlərə məruz qaldız. Demək olar ki, bugünkü qələbə ilə bu tənqidlərə cavab verdiz?
- Mən heç kimə cavab vermirəm. Mənim şəxsi həyatıma qarışmağa heç kimin haqqı yoxdu. Buyursunlar, işimə qiymət versinlər. Bu gün uduzsaq, məni tənqid etsələr, razıyam. “SKA-Xabarovsk”a 1:8 uduzanda, tənqid olundum. Buna heç nə demirəm. Həmin oyundakı səhvlərimdən nəticə çıxardım. Bugünkü oyundan çox razı qaldım. Bir də deyirəm, heç kimin mənim şəxsi həyatıma qarışmağa haqqı yoxdu. 

- Növbəti turda 4-cü yer uğrunda “Sumqayıt”la qarşılaşırsız...
- Artıq bu oyunu yaddan çıxarıb, “Sumqayıt”la oyuna köklənməliyik. Tək bu matç heç nəyi həll etməyəcək. Qarşıda 13 oyunumuz var. Hər bir oyun önəmlidi. Mən bu komandanı qəbul edəndə, cəmi bir xalımız var idi. Ancaq indi bir xeyli irəliləmişik. Sumqayıtda süni örtükdə oynayacağıq. Bu,çətinlik yarada bilər.

- Bir neçə gün əvvəl “Forza Neftçi”nin 9 yaşı tamam oldu.. Bu qələbəni onlara hədiyyə hesab etmək olarmı?
- Bu, onların qələbəsidir. Çünki biz fanatlar üçün oynayırıq. Komanda onlar üçün hədiyyə göndərmişdi. Klub rəsmiləri də fan-klubla görüşmüşdü. Azarkeşlərə demişdik ki, sizi bacardığımız qədər qələbə ilə sevindirməyə çalışacağıq.

- Bir neçə epizodda hakimlər səhvə yol verdilər və sizin onlara kəskin etirazınız oldu...
- Səhvsiz insan yoxdu. Oyun vaxtı aqressiv oluruq və etirazlar da bununla bağlı idi. İstəyirəm ki, meydanda çox fit verilməsin. Buna görə çılğın oluram. Oyundan sonra fikirlıəçşirəm ki, o da insandı. Bizim işimiz həm də emosiyalarla bağlıdır.



Köşə yazıları