İngiltərə Premyer Liqasında qış fasiləsi - Razılıq əldə olundu!

İngiltərə Premyer Liqasında qış fasiləsi - Razılıq əldə olundu!

305 Oxunma

İngiltərə Premyer Liqasında da qış fasiləsi olacaq. Liqanın əksər klubları qış fasiləsinin olması barədə razılıq əldə ediblər. 

Yeni sistem 2019/2020-ci il mövsümündən qüvvəyə minəcək. Bu sistem yeni yayım müqaviləsində nəzərə alınacaq. Qış fasiləsinin olması ideyasını Premyer Liqa rəhbərliyi irəli sürmüşdü. İlkin ehtimala görə, qışda iki həftəlik fasilə nəzərdə tutulacaq.

Əksər klubların baş məşqçiləri fasilənin olmamasından şikayət edirdilər. Onlar ağır təqvim ucbatından futbolçuların tez-tez zədələndiyini bildirirdilər.

 

 



Köşə yazıları