Aleksis Sançes üçün həbs cəzası: <strong><font color=#ff0000>16 ay! </font></strong>

Aleksis Sançes üçün həbs cəzası: 16 ay!

452 Oxunma

"Mançester Yunayted"in futbolçusu Aleksis Sançes üçün həbs hökmü oxunub. Bu barədə "Sport.es" nəşri yazır.

Mənbə bildirir ki, Sançesə İspaniya Məhkəməsi tərəfindən hökm oxunub. O, imic müəllifliyi hüququnu pozduğuna görə 16 aylıq azadlıqdan məhrumetmə cəzası alıb. Aleksis Sançes 2012/13 illər mövsümündə "Barselona"da oynadığı vaxtda qanun pozub.

Lakin Sançesin vəkilləri cəzanın cərimə ilə ödənilməsinə nail olub. Bildirilir ki, Sançesin cəriməsinin məbləği 1 milyon avroya yaxın olacaq.



Köşə yazıları