Maradona ABŞ-a buraxılmayıb

Maradona ABŞ-a buraxılmayıb

249 Oxunma

Əfsanəvi futbolçu 1994-ci ildən bu yana ilk dəfə Amerikaya getmək qərarına gəlmişdi

Onun bu arzusunun ürəyində qalmasının səbəbi isə Amerika prezidenti Donald Tramp haqqında xoşagəlməz fikirlər səsləndirməsi olub. 

Bu barədə sabiq futbolçunun hüquqşünası Matias Morlaya istinadən "AS" nəşri məlumat yayıb.

Hüquqşünas bildirib ki, argentinalı 1994-cü ildən bu yana ilk dəfə keçmiş həyat yoldaşı ilə bağlı məhkəmədə ifadə vermək üçün ABŞ-a getmək qərarına gəlib. Marla Maradonaya müsahibə öncəsi ABŞ haqqında danışmamağı xahiş etsə də, futbolçu onun məsləhətini dinləməyib. "Donald Tramp haqqında nə düşünürsüz?" sualına cavab verən Maradona onu "marionet kuklası" adlandırıb.



Köşə yazıları