"Penalti yox idi, ona görə də vurmadıq" - Qurban Qurbanov

"Penalti yox idi, ona görə də vurmadıq" - Qurban Qurbanov

920 Oxunma

"Qarabağ” Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışında ilk yoxlama oyununu keçirdi. Ağdam klubu Rusiya təmsilçisi “Kuban”la 2:2 hesablı bərabərliyə razılaşdı.

Matçdan sonra komandanın baş məşqçisi Qurban Qurbanov suallarımızı cavablandırdı...


- Oyun barədə fikirləriniz...

- Həm birinci, həm də ikinci hissədə uşaqlar çox istəkli idi. Səhvlərimiz oldu. Bunları normal qarşılayıram. Ümumən komandadan razı qaldım. Uşaqlar oyun nizam-intizamını qorumağa və bəzi düşüncələrimizi meydanda icra etməyə çalışdılar.


- Komandanın birinci, yoxsa ikinci hissədəki oyunundan daha çox razı qaldız?

- Bölmək istəmirəm. Hərənin qarşısına qoyulan vəzifə var idi. Hamı özünü yaxşı tərəfdən göstərməyə çalışdı.


- Əvəzetmələriniz oyuna necə təsir etdi, sizcə?

- Bir az fərqli oldu. İkinci hissədə daha açıq oyun getdi. Fasiləyə qədər isə top daha çox bizdə idi və rəqib müdafiə olunurdu. İkinci hissədə hər iki komandada dəyişikliklər oldu. Bəzi gənc oyunçulara şans verdik. Buna görə ola bilsin ki, istək daha çox idi və açıq oyun getdi.


- Mahir Mədətov qəsdən penalti zərbəsindən topu kənara vurdu. Yoldaşlıq oyunu idi, buna önəm verməmək də olardı...

- Tam penalti yox idi. Ona görə də kənara vurmağı qərara aldıq.


- Amma rəqib vurdu...

- Sonra biz də vurduq (gülür). Birincisi həqiqətən yox idi. Biz burdan dedik ki, çölə vursunlar. Kimin deməyinin elə bir fərqi yox idi, meydanda hamı bilirdi. (futbolpress)



Köşə yazıları