Naxçıvan idmançılarının ötən il qazandıqları medalların sayı açıqlanıb

Naxçıvan idmançılarının ötən il qazandıqları medalların sayı açıqlanıb

24 Oxunma

Naxçıvan Muxtar Respublikası idmançılarının 2017-ci ildə əldə etdikləri medalların sayı açıqlanıb

Naxçıvanlı idmançılar Azərbaycan miqyaslı yarışlarda 129, beynəlxalq miqyaslı turnirlərdə 89 medal əldə ediblər. Onlar dünya səviyyəli yarışlarda 5, Avropa çempionatlarında 1, Asiya çempionatlarında 2, Avrasiya çempionatlarında 13, IV İslam Həmrəyliyi Oyunlarında 1 medal olmaqla, ümumilikdə, Muxtar Respublikadan kənar yarışlarda 240 medal qazanıblar. Bu nəticə ötən ilin analoji dövrü ilə müqayisədə 2 dəfə çoxdur.
2017-ci ildə də ümummilli lider Heydər Əliyevin ildönümünə həsr olunmuş turnirlər keçirilib. Boks, kikboksinq, güləş və digər idman növləri üzrə təşkil olunan yarışlarda 5 minə yaxın idmançı mübarizə aparıb.
Kollektiv idman növləri üzrə yarışlara isə 2 minə yaxın idmançı qatılıb.



Köşə yazıları