"Azərbaycandan əla təklif almışam"

"Azərbaycandan əla təklif almışam"

25 Oxunma

"Adana Demirspor”un sabiq futbolçusu Edin Rustemoviç Azərbaycandan təklif alıb

Bu barədə 25 yaşlı yarımmüdafiəçi açıqlamasında deyib. Ancaq o, həmin klubun adını açıqlamayıb: "Müəyyənən müddətdir ki, Bosniya və Herseqovina klubları ilə danışıqlar aparıram. Ancaq Qazaxıstan və Azərbaycandan da iki əla təklif almışam. Həmin təkliflər mənə cəlbedici görünür. Həftəsonuna qədər karyeramla bağlı qərarımı verəcəm. Seçim etmək çətin olacaq. Amma ölkə xaricinə üz tutacağım daha real görünür”.

Qeyd edək ki, bosniyalı futbolçu karyerası ərzində “Drina”, “Sarayevo” (hər ikisi Bosniya və Herseqovina), OFK, “Sinceliç” (hər ikisi Serbiya) çıxış edib. O, son olaraq 2017-ci ilin yayında “Adana Demirspor”a keçib və oktyabrda bu klubdan ayrılıb.



Köşə yazıları