"Avropaya "Başakəşəhər" formasıyla geri dönmək istəyirəm" - Arda Turan

"Avropaya "Başakəşəhər" formasıyla geri dönmək istəyirəm" - Arda Turan

21 Oxunma

Türkiyənin “Başakşəhər” klubu yeni transferi Arda Turanı ictimaiyyətə təqdim edib.

Türkiyə millisinin üzvü təqdimetmə mərasimində 2,5 illik müqaviləyə qol çəkib. İstanbul klubunun “Barselona”dan icarəyə götürdüyü 31 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər 2 milyon, növbəti mövsüm 4 milyon avro qazanacaq. Klubun prezidenti Göksel Gümüşdağ bildirib ki, icarəyə görə "Barselona"ya pul ödənilməyəcək.

Təqdimetmə mərasimində Arda Turan jurnalistlərin suallarını da cavablandırıb.

- Mövsümün ilk yarısında şans qazanmadın...

- Futbol oynamağı sevirəm. Meydana çıxmaq üçün çox darıxmışam. Buna görə də buradayam.


- "Başakşəhər"ə gəlişindən sonra çempionluğa daha iddialı oldunuz...

- Mən də düşünürəm ki, çempionluğa ən böyük namizədlərdən biri bizik. Hər oyunu həyatımızın final görüşü kimi düşünəcəyik. Çempionluğa inanırıq.


- Avropaya yenidən getmək niyyətin var?

- Avropaya "Başakəşəhər" formasıyla avrokuboklarda oynayaraq geri dönmək istəyirəm.


- "Qalatasaray"ın baş məşqçisi Fatih Terim sənin keçidinə münasibətində bildirib ki, heç kimlə problemim yoxdur. Bu barədə nə deyə bilərsən?

- Mənim də heç heç kəslə problemim yoxdur. Keçmişlə bağlı nəsə danışmaq istəmirəm. Önümüzdə yeni bir səhifə açaraq yeni bir yola çıxmaq istəyirəm.


- "Türkiyəyə dönsəm, "Qalatasaray"dan başqa komandada oynamaram" demişdin. Bu illər ərzində nə dəyişdi?

- Heç bir şey dəyişmədi. Cümləm "Klubum mənə qucaq açsa..." - deyə başlayırdı".







Köşə yazıları