“Keşlə”nin “Neftçi” ilə görüşünün vaxtı bilindi

“Keşlə”nin “Neftçi” ilə görüşünün vaxtı bilindi

15 Oxunma

Qış təlim-məşq toplanışına Bakıda start verən “Keşlə” toplanış çərçivəsində ikinci yoxlama matçını “Neftçi”yə qarşı keçirəcək

“Ağ-qaralar”la görüşün vaxtı müəyyənləşib.

 
Oyun yanvarın 14-də baş tutacaq. 8-ci km stadionunda keçiriləcək qarşılaşma saat 15:00-da başlanacaq.
 
Qeyd edək ki, “Keşlə” yanvarın 11-də I divizion təmsilçisi "Qaradağ Lökbatan"la keçirdiyi oyunda 3:1 hesablı qələbə qazanıb. 



Köşə yazıları