Nazarov və komandası üçün yeni rəqib

Nazarov və komandası üçün yeni rəqib

16 Oxunma

Qış fasiləsindən istifadə edən klublar hazırlıqlarını davam etdirməklə yanaşı yoxlama oyunlarında da güclərini sınayırlar

Milli komandamızın üzvü Dmitri Nazarovun formasını geyindiyi “Erzgebirge”nin də növbəti sınaqçı rəqibinin kimliyinə aydınlıq gəlib.

 
Aue təmsilçisi III Bundesliqada çıxış edən “Erfurt”la qarşılaşacaq. Matç yanvarın 16-da keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
 
Qeyd edək ki, bundan öncə iki yoxlama oyununda meydana çıxan “Erzgebirge” Bundesliqa təmsilçisi “Ayntraxt”a 1:3, Belçika klubu “Oostende”yə isə 0:2 hesabı ilə məğlub olub. 



Köşə yazıları