Zaur Həşimov: "Vəziyyət ürəkaçan deyil"

Zaur Həşimov: "Vəziyyət ürəkaçan deyil"

30 Oxunma

Milli yığmanın 18 yaşlılardan ibarət komandasının baş məşqçisi Zaur Həşimovun müsahibəsini təqdim edirik: 


Təlim-məşq toplanışı haqqında nə deyə bilərsiniz? Ümumi vəziyyəti necə dəyərləndirərdiniz?

Ayın 4-dən təlim-məşq toplanışı təşkil edilir. İlk həftəni başa vurmuşuq və 26 nəfər artıq bizimlədi. 5 nəfərin yerinə daha 5 nəfər cəlb etmişik. Bu həm seleksiya xarakterlidir, həm də çalışırıq ki, fiziki hazırlığa daha çox üstünlük verək. Çünki biz buna daha çox üstünlük verməsək, həm özlərinin, həm də başqa çempionatlarda zədə problemləri ola bilər. Lakin bu hələ də bütün futbolçuların baxışdan keçməsi demək deyil. Hazırda 6 nəfərimiz 19 yaşlılardan ibarət komandadadır. Rusiyadan bu gün bir nəfər də gələcək. Biz həmçinin  "Keşlə" ilə oyun təşkil etmişdik və 2-0 məğlub olmuşduq. Belə oyunları təşkil etməkdə məqsədimiz odur ki, həm kimin daha hazırlıqlı olduğunu bilək, həm də kimin daha çox hazırlığa ehtiyacı olduğunu aydınlaşdıraq. 

Başqa yoxlama oyunu olacaqmı?

Bəli, ayın 18-i 2 oyun planlaşdırmışıq. "Zirə" və "Qarabağ"ın əvəzedici heyətlərilə olacaq. Bəzi oyunçular var ki, əvəzedici heyətlə oynayacaq dərəcədədir. Lakin ümumi vəziyyət ürəkaçan deyil. "Qəbələ" 69 qol vurub və sadəcə bir heç-heçə ilə bütün oyunlarda qalib gəlib, amma əvəzedici heyətlə oynayanda aydın olur ki, onlar da yaxşı vəziyyətdə deyillər. 17 liqası üçün əladı, amma bir addım irəli addım atanda nəticə yaxşı olmur. Həm iş çoxdu, məsuliyyət böyükdür. Biz isə çəkinmirik. Çalışacağıq ki, döyüşkən və mübariz bir komanda yığa bilək. 

Həm U-20, həm də 18 liqasının yaradılmasında məqsəd o oldu ki, aradakı oyunçular itməsin. Bunun nə dərəcədə effekti olacaq? Digər məşqçilərlər bu barədə söhbətiniz olubmu?

Ümumiyyətlə, elə sistem qurulub ki, fərqi yoxdur ki, mən 18 liqasındayam, Vüqar 19, Ramil 21. Biz qarışıq sistemdə işləyəcəyik. 18 liqası və U-20-nin yaranmasında böyük potensial var. Həm uşaqlar psixoloji olaraq həvəsdən düşmür, həm göz qabağındadırlar, həm də mütəmadi olaraq çalışacağıq ki, başqa komandalarla yoldaşlıq oyunu keçirək. Məsələn, bizim yoxlama oyunlarında Vüqar bizdən bir nəfəri Antalya toplanışına dəvət etmək istəyir. Göz qabağında olmaq, bir-birilərilə vaxt keçirmək və s. bu kimi hallar şərait yaradır ki, onlar öz üzərlərində daha çox işləsinlər və gələn dəfə 19 yaşlılarla oynayanda daha yaxşı nəticə göstərsinlər. 

"Zirə"dən ayrılmısınızmı? 

"Zirə"dən ayrılmışam. Sadəcə danışığımız belə idi ki, mən yaya qədər komandada qalım. İndi isə "Zirə"dən tam ayrılmışam. 

Təkcə 18 liqasında çalışacaqsınız?

Ola bilər ki, bəzi məqamlarda mən də kömək edim, amma indi daha çox 18 yaşlıların oyunlarına köklənmişəm. 

Buna AFFA icazə vermir, yoxsa özünüz istəmirsiniz?

Bilirsiniz ki, bütün səlahiyyətlər Qurban Qurbanova verilib. Bəzi məqamlar var ki, məşqçilərə güzəşt edəcəklər. Lakin baş məşqçilər sırf öz işlərinə köklənməlidirlər. 

Köməkçi məşqçilər kimlərdir?

Azər Məmmədov, Qros Aleksandr və Ramiz Kərimovdur. Kollektiv artıq tam formalaşıb. 



Köşə yazıları