Anar Nəzirov: "Şans verilməyən futbolçu özünü necə sübut edə bilər?"

Anar Nəzirov: "Şans verilməyən futbolçu özünü necə sübut edə bilər?"

289 Oxunma

Bu gün "Zirə" komandasının əsas heyəti ilə əvəzedici heyəti arasında yoldaşlıq oyunu keçirilib

Komandanın qapıçısı Anar Nəzirov mövsüm barədə fikirlərini səsləndirib.


Komandaya nə vaxt dönməyin planlaşdırılır?

Hazırlıq prosesindən çox şey asılıdır. Həkimlərin dediyinə görə, əməliyyatdan sonra əsas olan yenilənmə prosesidir. Yəqin ki, gələn həftədən məşqlərə qoşulacam. 

Mövsümün ilk yarısını necə dəyərləndirirsən?

Zədələnməyimə baxmayaraq, bu, komanda oyunudur. 30 xal da "Zirə" üçün pis nəticə deyil.

Amma kubok oyunlarında iştirak edə bilməyəcəkiz. 

Biz fikrimizi Çempionata yönəltmişik. 

Səncə millidə oynama şansın varmı? 

Buna baş məşqçi qərar verəcək. Hər kim çağırılacaqsa ona uğurlar arzu edirəm. 

Hazırda millidə qapıçı problemi var. Kimi namizəd kimi görürsən bu posta? 

Çox yaxşı, uğurlu qapıçılarımız var. Emin Balayev, Rəşad Əzizili, Aqil Məmmədov çox yaxşı qapıçılardı. Lakin bununla belə son söz baş məşqçinindir.

Hazırda belə bir məsələ var ki, Kamran zədəli olsa da onu əsas heyətə daxil etməyə məcburdurlar. Çünki ona alternativ qapıçı yoxdur. Bu fikirlə razısan?

Düzünü desək, bu həmişədən belə olub. Milli barədə Kamranı əvəz edən olmayıb. Amma məsələ belədir ki, şans verilməyən qapıçı özünü necə sübut edə bilər? Rəqabət yaradılmalıdı ki yüksəliş olsun.

Səncə sən özünü onun yerində görə bilirsən?

Bizim həmişə belə şüarımız olub: Niyə də yox?! 



Köşə yazıları