50 yaşlı futbolçu üçün yeni müqavilə təklifi

50 yaşlı futbolçu üçün yeni müqavilə təklifi

20 Oxunma

Yaponiya ikinci liqasında çıxış edən “Yokohama” 50 yaşlı oyunçusu Kazuyoşi Miura ilə yeni müqavilə bağlayıb. Klubdan edilən açıqlamada bu ilin fevralında 51 yaşını qeyd edəcək Miura ilə müqavilənin mövsümün sonuna kimi uzadıldığı qeyd edilib.

Yapon futbolçu dünyada peşəkar karyerasını davam etdirən ən yaşlı futbolçudu. Peşəkar karyerasına 1986-cı ildə başlayan Miura, 32 illik karyerası ərzində Braziliyanın “Santos”, İtaliyanın “Cenoa”, Xorvatiyanın “Dinamo” (Zaqreb), Avstraliyanın “Sidney” kimi komandalarında da top qovub.



Köşə yazıları