Sabiq "Qarabağ"lı Fransa klubunda

Sabiq "Qarabağ"lı Fransa klubunda

271 Oxunma

"Qarabağ"ın sabiq futbolçusu Əl Jadeyui Əl Hərbinin yeni klubu müəyyənləşib
 
Taylandın "Ratçaburi" klubundan ayrılan futbolçu karyerasını Fransada davam etdirəcək. 
 
Mərakeş millisinin keçmiş üzvü Fransa III liqasında mübarizə aparan "Qrenobl" klubu ilə münasibətlərini rəsmiləşdirib. Fransa vətəndaşı olan 31 yaşlı yarımmüdafiəçi ilyarımlıq sözləşmə imzalayıb. 
 
Qeyd edək ki, Əl Hərbi 2015/16 mövsümündə "Qarabağ"da çıxış edib. O, əsasən Ağdam klubunun əvəzedici komandasında forma geyinib.



Köşə yazıları