<strong><font color=#ff0000>VIDEO:</font></strong> Mahir Mədətovun Qriqorçuk haqda səsləndirdiyi fikirlər

VIDEO: Mahir Mədətovun Qriqorçuk haqda səsləndirdiyi fikirlər

551 Oxunma

“Qarabağ”ın futbolçusu Mahir Mədətov 31.12.2017-ci il tarixində “CBC Sport” telekanalının efirində “Qış nağılı” verilişində formata uyğun olaraq maraqlı əhvalat nəql edərkən mövzu kimi “Qəbələ”nin baş məşqçisi və futbolçular arasında olan dialoqu seçib və özünəməxsus şəkildə təqdim edib. "Qəbələ" klubu isə buna aid bəyanat yayıb: 

“Qəbələ” İdman Klubu Mədətovun bu çıxışını peşəkar idmançıya yaraşmayan, məsuliyyətsiz, qeyri-etik addım kimi dəyərləndirir, uydurma əhvalatın ictimailəşdirilməsini və uğursuz gülüş obyektinə çevirmək istəyini qınayır. Hesab edirik ki, belə şüursuz açıqlamalar, baş məşqçimiz Roman Qriqorçukun məsxərəyə qoyulması, onun və klubumuzun imicinə xələl gətirməklə yanaşı, ictimaiyyətdə yalnış fikir formalaşdırmağa xidmət edir".


Bu "Qəbələ" klubunun etirazına səbəb olub və belə müraciət edib: “Qarabağ”ın gənc futbolçusu haqqında ölçü götürməsini, Mədətovun etdiyi hörmətsizliyə görə “Qəbələ” İK və Roman Qriqorçukdan üzr istəməsini gözləyirik”.



Köşə yazıları