"Qol pis alınmadı..." - Ronaldo "Borussiya"ya vurdu qol haqda

"Qol pis alınmadı..." - Ronaldo "Borussiya"ya vurdu qol haqda

102 Oxunma

Çempionlar Liqası qrup mərhələsinin son oyunları keçirilib.  VI turda "Real" öz meydanında "Borussiya" ilə qarşılaşıb. Matç meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyundan sonra "Real"ın vurulan 3 qoldan birinin müəllifi Kriştiano Ronaldo oyun haqda danışıb. UEFA-nın rəsmi saytına danışan Ronaldo vurduğu qolun pis alınmadığını deyib:

"Çox şadam. Qrup mərhələsini qələbə ilə yekunlaşdırmaq istəyirdik. Buna nail olduq. Vurduğum qol da pis alınmadı. Sevinirəm ki, qrup mərhələsində bütün oyunlarda qol vuran oyunçu oldum"



Köşə yazıları