Türk hakimlər nə qədər qazanır?

Türk hakimlər nə qədər qazanır?

106 Oxunma

Türkiyənin "Fitbol" jurnalı türk və avropalı hakimlərin maaşlarını müqayisəli şəkildə araşdırıb

Araşdırmanın nəticəsinə əsasən, türk hakimlər hər matça görə 2200 avro qazanır. Bu məbləğ La Liqa matçlarını idarə edən hakimlərin gəlirləri ilə eynidir. 

2015-ci ildən "Müqaviləli hakim" statusu alan Cüneyt Çakır, Fırat Aydınus, Hüseyin Göçek, Mete Kalkavan, Barış Şimşek və Ali Palabıyık isə 15 000 lirə sabit gəlir əldə edir. 

Avropaya nəzər saldıqda isə, hakimə təyin edilən ən yüksək məbləğ Almaniyada qeydə alınıb. Belə ki, bu ölkədəki hakimlər hər matça görə 5 000 avro qazanır. 

İngiltərəli hakimlər isə 1700 avro əldə edir. Lakin İngiltərədə matçların çoxluğu və hakimlərin eyni həftə 2 matçı idarə edə bilmələrini nəzərə alsaq hakimlər 3000 avrodan daha çox qazanırlar. 

Qeyd edək ki, hakimlərin maaşı onların təcrübəsinə və matçdakı vəzifələrinə görə təyin edilir. 



Köşə yazıları