“Qarabağ” reytinq siyahısında gerilədi

“Qarabağ” reytinq siyahısında gerilədi

53 Oxunma

Çempionlar Liqasının qrup mərhələsinin VI turundan sonra klubların UEFA reytinqi açıqlanıb

Son 5 mövsümün nəticələrinin əksini tapdığı siyahıda Avropanın 442 komandası yer alıb.

Azərbaycanın ən yaxşı təmsilçisi “Qarabağ”ın mövqeyində dəyişiklik olub. Ağdam təmsilçisi Çempionlar Liqasındakı son matçında “Roma”ya 0:1 hesabı ilə uduzduqdan sonra 1 pillə geriləyib.

Hesabında 20,500 xal olan Qurban Qurbanovun yetirmələri artıq 67-cı yerə şərikdi. Təmsilçimiz Belarus BATE-si ilə eyni göstəriciyə malikdi.

Qeyd edək ki, ilk “onluq”da da dəyişiklik olub. Bura daxil olan “Porto” “Çelsi”ni ən yaxşılar sırasından kənarlaşdırıb.
 
İlk “onluq”
1. “Real” – 148,000
2. “Barselona” – 126,000
3. “Bavariya” – 125,000
4. “Atletiko” – 122,000
5. “Yuventus” – 120,000
6. PSJ – 109,000
7. “Sevilya” – 108,000
8. “Mançester Siti” – 97,000
9-10. “Borussiya” D – 85,000
“Porto” – 85,000
 
Azərbaycan klubları
67. “Qarabağ” – 20,500
191. “Qəbələ” – 5,250
244. “Neftçi” - 3,825
244. “Keşlə” - 3,825
244. “Zirə” - 3,825
244. “Kəpəz” - 3,825
244. “Xəzər Lənkəran” - 3,825

 




Köşə yazıları