Konte potensial rəqiblər haqda: Ən güclü kimdisə...

Konte potensial rəqiblər haqda: Ən güclü kimdisə...

20 Oxunma

“Çelsi”nin Çempionlar Liqasının 1/8 final mərhələsindəki potensial rəqibləri bəlli olub

Qrup ikincisi kimi növbəti mərhələyə adlamış “zadəganlar” 3 komandadan biri ilə üz-üzə gələcəklər.

 
Söhbət PSJ, “Barselona” və “Beşiktaş”dan gedir.
 
Bununla bağlı açıqlama verən “Çelsi”nin çalışdırıcısı Antonio Konte digər komandalar kimi, “Beşiktaş”ın da çox güclü olduğunu bildirib: “Çempionlar Liqası Avropanın ən yaxşı turniridi. Hər dəfə mərhələ keçdikcə daha güclü rəqiblərlə qarşılaşırsan. Mən həmişə ən güclü kimdisə, onunla qarşılaşmağı istəmişəm. 1/8 finalda “Barselona”, PSJ və ya “Beşiktaş”la üz-üzə gələcəyik. Seçim etmək nəyə lazımdı? Hər üçü çox güclü komandadı”.
 
Qeyd edək ki, ÇL-in 1/8 final mərhələsinin püşkü dekabrın 11-də atılacaq. 



Köşə yazıları