Daniele De Rossi: "Heç vaxt belə sərt rəqiblə qarşılaşmamışıq"

Daniele De Rossi: "Heç vaxt belə sərt rəqiblə qarşılaşmamışıq"

282 Oxunma

"Mənim Avropada oyun təcrübəm var. Belə qarşılaşmalara istənilən böyük oyun kimi hazırlaşırıq. Bu, derbidən və ya "Yuventus"la "Roma"ya qarşı görüşlərdən heç nə ilə fərqlənmir"

Bunu İtaliya "Roma"sının futbolçusu Daniele De Rossi "Qarabağ"la dekabrın 5-də keçirəcəkləri Çempionlar Liqasının qrup mərhələsinin VI tur matçından əvvəl mətbuat konfransında deyib. 34 yaşlı yarımmüdafiəçi "sarı-qırmızılar"ın hədəfini açıqlayıb: "Taktiki cəhətdən məsələ tam aydındır. Məqsəd qalib gəlməkdir. Bu il bizim strategiya hər bir oyuna analoji qaydada yanaşmaqdan ibarətdir. Bu, bizə öz bacarığımıza böyük əminlik verib. Biz müəyyən oyunlara fərqli hazırlıq keçmirik. Həmişə eyni qaydada çıxış edirik. Bu, bizim builki mövsümdə ən güclü tərəflərimizdən olub".
"Roma"nın kapitanı "Qarabağ"la oyunu həyati vacib oyun adlandırıb: "Biz dəfələrlə qrup mərhələsini keçmişik. Amma heç vaxt belə sərt rəqiblə qarşılaşmamışıq. "Qarabağ" "Atletiko"dan xallar almağı bacarıb, "Çelsi"yə əməlli-başlı problem yaradıb. İlk növbədə, diqqətimizi bu mərhələni keçməyə yönəldək. Bundan sonra Çempionlar Liqasında mənim üçün ən gözəl gecələrdən birini yaşayaq".

Qeyd edək ki, "Olimpiko" stadionunda keçiriləcək "Roma" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.


report.az



Köşə yazıları