"Qəbələ" dünyanın ən məhsuldar komandaları arasında - Top 10

"Qəbələ" dünyanın ən məhsuldar komandaları arasında - Top 10

371 Oxunma

Dünyanın milli çempionatlarında davam edən ən uzun seriyalar açıqlanıb

İlk “onluq”da Azərbaycan klubları da yer alıb.

İki təmsilçimiz – “Qəbələ” və “Keşlə” fərqlənənlər sırasında qərarlaşıb. 

"Qəbələ” dünyanın ən məhsuldar komandaları arasında yer alıb. Söhbət hər görüşdə 3 və daha çox qol vurmaqdan gedir. Roman Qriqorçukun yetirmələri artıq 4 çempionat oyunudu 3-dən az qol vurmur.

Yalnız Kanada təmsilçisi “Skarboro” daha çox – 5 matçda belə məhsuldar olub. “Qəbələ” və daha 3 klubda isə bu göstərici 4-ə bərabərdi.

“Keşlə” isə ardıcıl məğlubiyyət sayında 9-10-cu yerlərə şərikdi. Bakılılar Tailandın “Esen Yunayted” komandası ilə eyni göstəriciyə malikdi.

Bu göstəricidə antirekord “Paniliakos”a məxsusdu. Yunanıstanın aşağı liqa təmsilçisi 23 turdu xal qazana bilmir.




Köşə yazıları