Messinin qardaşı həbs olundu

Messinin qardaşı həbs olundu

165 Oxunma

“Barselona”nın futbolçusu Lionel Messinin qardaşı Matias Messi həbs olunub

O, polisin qana bulaşmış qayıqda tapança tapmasından sonra tutulub.

Hər zaman gündəmə qalmaqallarla gələn Matias Messi Argentina sahillərindən birində qəzaya uğradığını iddia edib. Lakin hadisə yerinə gələn polis qayıqda tapança aşkarlayıb. Bundan əvvəl Messinin qardaşı mühafizəçiyə qanın üzündəki kəsiklə bağlı olduğunu bildirsə də, polis onun sözlərinə inanmayıb.

Qeyd edək ki, avqustda avtomobil qəzası edərək, yol polisi tərəfindən saxlanılan Matias Messinin avtomobilində  keçən il tapança tapılmışdı.



Köşə yazıları