"Qarabağ" - "Çelsi" matçının hakiminin idarəçiliyinə qiymət verildi

"Qarabağ" - "Çelsi" matçının hakiminin idarəçiliyinə qiymət verildi

1508 Oxunma

Çempionlar Liqasının 5-ci turu çərçivəsində keçirilən “Qarabağ” – “Çelsi” (0:4) matçında verdiyi qərarlarla gündəmə gələn oyunun baş hakimi Manuel de Souzanın qiyməti bəlli olub

Referinin idarəçiliyi yüksək dəyərləndirilib.


Əldə etdiyimiz məlumata görə qarşılaşmanın çexiyalı hakim-inspektoru Miroslav Tulinger fit sahibinin işini 8.4 balla qiymətləndirib.

Qeyd edək ki, Souza sözügedən matçda “Qarabağ”ın qapısına 2 dəfə penalti təyin etmiş və ağdamlıların kapitanı Rəşad Sadıqova qırmızı vərəqə göstərmişdi.


futbol11.az



Köşə yazıları