Mahir Mədətov: "Penalti haqlı qərar idi, amma.."

Mahir Mədətov: "Penalti haqlı qərar idi, amma.."

904 Oxunma

Çempionlar liqasının növbəti turu çərçivəsində baş verən "Qarabağ" - "Çelsi" oyunu 0-4 hesabı ilə başa çatıb

Öz meydanında ingilislərə uduzan "Qarabağ", həmçinin Çempionlar liqasındakı mübarizəsini dayandırdığını rəsmiləşdirib. 

Oyundan sonra "Qarabağ"ın futbolçusu Mahir Mədətov ilə söhbətləşdik:

-Oyunla bağlı fikirləriniz? Nə gözləyirdiniz, nə baş verdi? 

-Belə gözləmirdik Yaxşı başlamışdıq. Amma olmadı..

-Penaltıyla bağlı nə fikirləşirsiz? Rəşad özü paltardəyişmə otağında nə dedi? 

-Penaltı ola da bu qırmızı vərəqə deyildi.

-İkinci hissədə sistem niyə pozuldu? Sanki birinci hissədən fərqli olaraq ikincidə rəqib daha rahat hücumlar qururdu. 

-"Çelsi" kimi komanda ilə oynamaq asan deyil. Ola bilər ki, müəyyən vaxtdan sonra biraz yorğunluq oldu. 

-Qurban Qurbanov penalti zamanı hamınızı yanına çağırdı. Nə dedi sizə? 

-Sadəcə diqqətli olmağa çağırdı. Sadəcə motivasiya etdi. 

-Oyundan sonra "Çelsi"nin paltardəyişmə otağına girdiniz. Formaları dəyişirdiniz?

-Yox, mən formalarımı heçkimə vermirəm. Sadəcə dostayana salamlaşma idi. 



Köşə yazıları